Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəridəki tünd ləkələrdən necə xilas olmaq olar?

Dəridəki tünd ləkələrdən necə xilas olmaq olar?

Tarix: 5 Yanvar 2021 21:12

Bu gün sizə ev şəraitinda hazırlanması mümkün olan və dəridəki qara ləkələri təmizləyn maska resepti təqdim etmək istyirəm. Bu reseptlə mən iltihabi sızanaqlardan sonra üzümdə əmələ gələn ləkələrdən xilas oldum. Maskanı siz də hazırlaya blərsiniz. Maskadan uzun müddət istifadə etməklə isə sızanaqlar səbəbindən əmələ gələn çatlardan xilas olmaq mümkün olur. Maska dərinin təmizlənməsinə səbəb olur.
Maska aşağıdakı qaydada hazırlanır:
Lazım olanlar:
* kartof - 1 ədəd
* limon - ½ ədəd
Hazırlanması:
Kartofun qabığı soyulur və xırda doğranır. Sonra kartof blenderdə 1 dəqiqə ərzində üyüdülür. Kartofun şirəsini əladə etmək üçün süzülür. Sonra kartof şirəsinin üzərinə limon şirəsi əlavə edilib qarışdırılır. Pambıq tampon qarışıma batırılır və üz silinir. Əgər üzünüzdə çapıqlar varsa o zaman pambığı və ya qarışımda isladılmış tənzifi çapığın üstünə qoyub 10 dəqiqə saxlayın.
Bu proseduru həftədə 2 dəfə etməniz zamanla dərinizdəki tünd ləkələrin sağalmasına səbəb olacaq.


Etiketlər:  Dəridəki tünd ləkələrdən necə xilas olmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ