Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 01:02
Tacikistanda 8 aydan bəri ilk dəfə sutka ərzində koronavirusa yoluxma faktına rəst gəlinməyib.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son dövrlərdə 10-dan az gündəlik yoluxma qeydə alınan Tacikistanda bu günə qədər, ümumilikdə, 13 min 300 nəfər infeksiyaya yoluxub. Onlardan 12 min 980-i sağalıb, 90 nəfər ölüb. Hazırda 271 nəfərin müalicəsi davam edir. (publika.az)