Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 11:12
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 10 dekabr 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.
Sonxeber.net xəbər verir ki, KİVDF qəzet redaksiyalarına 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
Qiymətləndirmənin nəticələrinə uyğun olaraq aşağıdakı qəzetlər göstərilən sahə (sahələr) üzrə qalib elan olunub:
№ |
Qəzetin adı |
Qalib elan olunduğu sahə (sahələr) |
1. |
"Səs" qəzeti |
1) ictimai və dövlət maraqlarının müdafiəsi; 2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. |
2. |
"Şərq" qəzeti |
1) fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; 2) ictimai və dövlət maraqlarının müdafiəsi; 3) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
3. |
"525-ci qəzet" |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; 2) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması; 3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. |
4. |
"Yeni Müsavat" qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; 3) uşaq və gənclərin fiziki və mənəvi inkişafı. |
5. |
"Bakı-Xəbər" qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; 3) dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. |
6. |
"Yeni Azərbaycan" qəzeti |
1) azərbaycançılıq ideyasının təbliği; 2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. |
7. |
"Novoye Vremya" qəzeti |
1) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; 2) ekologiya və ətraf mühitin müdafiəsi. |
8. |
Azernews" qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi. |
9. |
"Xalq Cəbhəsi" qəzeti |
1) vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; 2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
10. |
"Hürriyyət" qəzeti |
1) ictimai və dövlət maraqlarının müdafiəsi; 2) diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. |
11. |
"Ədalət" qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; 2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. |
12. |
"Həftə içi" qəzeti |
1) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması; 2) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. |
13. |
"Azad Azərbaycan" qəzeti |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. |
14. |
"Türküstan" qəzeti |
1) azərbaycançılıq ideyasının təbliği. |
15. |
"Olaylar" qəzeti |
1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. |
16. |
"Paralel" qəzeti |
1) ekologiya və ətraf mühitin müdafiəsi. |
17. |
"Unikal" qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
18. |
"Nedelya" qəzeti |
1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. |
19. |
"Hərbi And" qəzeti |
1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. |