Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 11:36
Son illər Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. Hətta qarşıdakı illərdə bu səviyyənin kəskin düşəcəyi ilə bağlı proqnoz verənlər də var.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev bildirib ki, Xəzər dünya okeanı ilə birbaşa əlaqəsi olmayan dəniz olduğundan səviyyəsinin mütəmadi dəyişməsi, yəni enib-qalxması təbii haldır.
Onun sözlərinə görə, çoxillik müşahidələr göstərir ki, son 177 il ərzində Xəzərin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə 2,5 metr qalxıb və 1996-cı ildən başlayaraq bu günə qədər isə dənizin səviyyəsində yenidən enmə müşahidə olunur və bu enmə hazırda 1,5 metr təşkil edir.
Professor Əmir Əliyevin sözlərinə görə, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz və ya min illik səviyyə dəyişmələri isə Xəzərin hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır.
Əmir Əliyev bildirdi ki, indiyədək Xəzərin səviyyəsində baş verən enmələr zamanı onun hidrometeoroloji və ekoloji rejimində heç bir mühüm narahatedici hadisə baş verməyib.
Mövzu ilə bağli daha ətrafli videomaterialda: