Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 18:46
Bakı. Trend:
Ağdamda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində rayon ərazisindəki, kəhrizlər bərpa olur.
Artıq ilk kəhriz istifadəyə verilib. 24 saat fasiləsiz su verən kəhrizin su sərfi 27 litr-saniyəyə bərabərdir. Bu da 214 ailəni içməli su, 75 ailəni və 90 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcəkdir.
Trendin məlumatına görə, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməkdir.