Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan ömrünü uzadan yemək məlum olub

İnsan ömrünü uzadan yemək məlum olub

Tarix: 6 Yanvar 2021 22:03

Bakı. Orxan Nəbiyev - Trend:

Fermentləşdirilmiş qidalar ürək və damar xəstəliklərinin qarşısını almağa imkan verir.

Trend-in məlumatına görə, mütəxəssislər bu qənaətə qanda şəkər səviyyəsi yüksək olan 21 xəstə üzərində 8 həftə müddətində aparılan müşahidə nəticəsində gəlib.

Qeyd olunur ki, həmin müddət ərzində xəstələrə Koreya mətbəxindən kimçi (acı ədviyyatlarla kələm turşusu) yeməyi verilib. Bəzi xəstələrə kimçi təzə halda, digərlərinə fermentləşdirilmiş halda təqdim olunub.

Məlum olub ki, həmin yeməyi fermentləşdirilmiş halda yeyən xəstələrdə insulinə dayanıqlılıq, qan təzyiqinin səviyyəsi və bədən kütləsi azalıb.

Qeyd edək ki, ürək və damar xəstəlikləri insan ölümlərinin ən geniş yayılmış səbəbidir.


Etiketlər:  İnsan ömrünü uzadan yemək məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ