Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 17:16
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cumhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.
Agentlikdən Trend-ə verilən məlumata görə, müsahibə nəticəsinə uyğun olaraq, namizəd ilə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.
Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin