Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərnişindaşıma ilə məğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub - DANX

Sərnişindaşıma ilə məğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub - DANX

Tarix: 7 Yanvar 2021 11:32

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yanvar ayının sonuna kimi hökumət tərəfindən kompensasiyaların hansı formada veriləcəyi açıqlanacaq:

“Avtobuslarda gedişhaqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Əksinə avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Benzin yanacağı daha çox şəxsi avtomobillərdə olduğu üçün, bu istehsal bazarında qiymət artımına səbəb olmayacaq. Əksinə deyərdim ki, ictimai nəqliyyatdan istifadəni daha çox stimullaşdırmış olacaq”.

N.Allahyarova əlavə edib ki, taksilərdə süni qiymət artımına qarşı müvafiq addımlar atılacaq: “Bu məsələyə nəzarət gücləndiriləcək”.


Etiketlər:  Sərnişindaşıma ilə məğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub DANX


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ