Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi Əlişadın döyüş yoldaşlarına vəsiyyəti: “Qızıma “çipsi” alarsız” - VİDEO

Qazi Əlişadın döyüş yoldaşlarına vəsiyyəti: “Qızıma “çipsi” alarsız” - VİDEO

Tarix: 7 Yanvar 2021 19:02

Anamla görüşəndə, gördüm qızım ayağımı qucaqlayıb.

Sonxeber.net xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişində qonaq olan qazi Əlişad döyüşdən qayıtdıqdan sonra qızı ilə görüşündən danışıb:

"Döyüşə gedəndə heç kimə deməmişdim. 4 aya yaxın idi ailəmlə görüşmürdüm. Döyüşdən qayıtdıqdan sonra anamla görüşəndə, gördüm qızım ayağımı qucaqlayıb. Döyüşün ən ağır vaxtlarında belə mütləq gündə 1 dəfə evə zəng edib qızımla danışırdım. Mən həmişə işdən gələndə qızımla danışanda məndən "çipsi" istəyirdi. Döyüşlərin şiddətli vaxtında döyüş yoldaşlarımızla bir-birimizə vəsiyyət edirdik. Mən də yoldaşlarıma dedim ki, mənə nəsə olsa, qızıma "çipsi" alarsız. Düzdür, Afaq xanıma arxayın idim. Ona demişdim, ailəmdən muğayat ol".

Qeyd edək ki, Əlişad Xalq artisti Afaq Bəşirqızının yaxın qohumudur.


Etiketlər:  Qazi Əlişadın döyüş yoldaşlarına vəsiyyəti Qızıma çipsi alarsız VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ