Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 22:12
Bakı. Trend:
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində baş verən iğtişaşlar zamanı 68 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, saxlanılanlardan 60 nəfəri kişi, 8 nəfəri isə qadındır: "Saxlanılanlardan yalnız biri Vaşinqton sakinidir, digərləri isə başqa şəhərlərdən gələn vətəndaşlardır".
Xatırladaq ki, ötən gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına hücum ediblər.