Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 22:51
Öskürək traxeobronxial şaxələrin sensor stimulyasiyasından əmələ gələn impulslardan beyində yerləşən öskürək mərkəzinin qıcıqlanmasının nəticəsidir.
Öskürək keçici və persistəedici ola bilir. Keçici öskürəyin əsas səbəbi traxeya və bronx şaxələrinin bakterial və virus infeksiyası ilə səthi iltihabi reaksiyasıdır. Bəzən atmosferdə olan qarışıqlar öskürəyə səbəb ola bilir. Bu qarışıqlara papiros tüstüsü, uçucu kimyəvi maddələr və s. daxildir.
Persistəedici öskürəyin əsas səbəbləri astma ilə yanaşı olan allergik iltihabdır. Öskürək təngnəfəsliyin başlanğıc əlaməti də ola bilir.
Traxeobronxial qıcıqlanmanın digər səbəblərindən biri yuxuda qastritik requrgitasiya kütləsinin traxeobronxial şaxələrə düşməsi də ola bilər. Bu zaman qastroezofageal sfinkterin müxtəlif patologiyası ilə bağlı ola bilir.
Öskürəyin səbəb olan ekstrabronxial zədələnmələrə aşağıdakı xəstəlikləri də aid etmək olar:
- bronxları sıxan divararalığı şişləri
- qida borusu şişləri
- aorta anevrizması
- sol bronxu sıxan sol qulaqcıq böyüməsi.
Bəzən tənəffüs yollarına daima sekresiya edən burun axıntısı və sinusitlər də xroniki öskürəyə səbəb ola bilirlər.
Öskürək bəlğəmli və bəlğəmsiz ola bilir. Hər xəstəliyin özünəməxsus öskürək forması var və müalicə zamanı həkimdən bunu ayırd etmək tələb olunur.
Öskürəyi müalicə etmək üçün ilk növbədə onu əmələ gətirən səbəb tapılmalı və aradan qaldırılmalıdır.
Öskürəyə diaqnoz qoymaq üçün rentgenoqrafiyadan istifadə edilir.