Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 09:48
Növbəti iki il ərzində Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə beşillik strategiya və üçillik fəaliyyət planı hazırlanacaq.
Bunu Sonxeber.net-a BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, strategiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və FAO tərəfindən icra olunan "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi əsasında hazırlanır:
"Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq bu strategiya Avropa İttifaqının ən yaxşı praktikalarını tətbiq edən, eləcə də yerli şərtlərə uyğunlaşan yeni model təqdim edəcək".
Ofisdən onu da bildiriblər ki, hazırda yeni strategiya və model müzakirə mərhələsindədir. Gələn il bu model Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında sınaqdan keçiriləcək və əldə olunan nəticələr əsasında strateji planda düzəlişlər ediləcək.