Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dərslərin iyulun 1-də yekunlaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda dərslərin iyulun 1-də yekunlaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 8 Yanvar 2021 11:26

Azərbaycanda koronavirusa gündəlik yoluxanların sayında azalma dinamikası davam edir.

Sağalanların sayı isə yoluxanlardan 3 dəfə çoxdur. Bundan əlavə yaxın günlərdə Azərbaycanda koronavirus əleyhinə vaksinnasiyanın başlaması gözlənilir. Vaksinnasiyadan sonra bu virusa yoluxanların sayının minimuma düşməsi gözlənilir. Belə olan halda dərslərin martın ikinci yarısında ənənəvi qaydada bərpası gözlənilir. Bu gün səsləndirilən iddialardan bir dərslərin martda başlayıb, iyulun 1-də yekunlaşmasıdır. Bu il tədris ili iyulun 1-i yekunlaşa bilərmi?

Milli.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov açıqlamasında tədris ilinin iyulun 1-də bitəcəyi ilə bağlı səsləndirilən fikirlərin əsasız olduğunu vurğulayıb:

"Sosial şəbəkələrdə gün ərzində çoxlu bu cür xəbərlər çıxır. Təhsil Nazirliyi hər hansı qərar qəbul edəndə ilk olaraq özü bu barədə ictimaiyyətə məlumat verir. Bu gün tədris ilinin iyulun 1-də bitməsi ilə bağlı heç bir rəsmi qərar yoxdur".

Milli.Az


Etiketlər:  Azərbaycanda dərslərin iyulun 1 yekunlaşması ilə bağlı RƏSMİ AÇIQLAMA


RƏYLƏR