Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 14:12
İsrail mütəxəssislər təcrübələrini Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla bölüşəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu məqsədlə Xarici İşlər Nazirliyi yanında İsrail Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (MASHAV) "Təzyiqli suvarma sistemləri" mövzusunda beş həftəlik onlayn görüş təşkil edəcək.
Fevralın 25-dən martın 25-dək təşkil olunacaq veb-seminarın məqsədi İsrailin təcrübəsini bölüşmək və müxtəlif əkinlər üçün qabaqcıl suvarma sistemlərinin tətbiqi zamanı və kənd təsərrüfatı sektorunun inkişafı üçün nəzərə alınması lazım olan əsas məqamları iştirakçılar ilə müzakirə etməkdir.