Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO)

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO)

Tarix: 8 Yanvar 2021 17:06

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.

Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO) - Gallery Image 64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO) - Gallery Image 64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO) - Gallery Image 64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO) - Gallery Image 64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi (FOTO) - Gallery Image


Etiketlər:  64 ədəd nərə balığını ovlayan mütəşəkkil dəstə ələ keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ