Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 20:16
Elektromobil satışı üzrə ötən ilin ayrı-ayrı ölkələrə aid göstəriciləri açıqlanıb. Məlum olub ki, Norveç elektrikli nəqliyyat vasitələrinin satışı üzrə rekord qırıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu ölkədə keçən il satılan yeni avtomobillərin 54,3 %-ni elektromobil təşkil edib. Bu statistikanı Norveç Yol Federasiyası (OFV) da təsdiqləyib. Bildirilib ki, 2019-cu ildə bu göstərici 42,4 % idi.
Qeyd edək ki, 2025-ci ilə qədər fosil yanacaqlardan istifadənin qadağan olunmasını hədəfləyən Norveç digər avtomobillərə tətbiq olunan vergiləri yalnız elektromobillərə şamil etmir.