Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 20:20
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 176 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 138 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 103, ağır xəstələr isə 2 801 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyənlərlə birlikdə 2 326 256 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 198 150 nəfər sağalıb, 22 807 nəfər isə ölüb.