Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan yeni qərar - Onlayn ödəniş tətbiqləri də qadağan olundu

ABŞ-dan yeni qərar - Onlayn ödəniş tətbiqləri də qadağan olundu

Tarix: 10 Yanvar 2021 22:16

ABŞ Prezidenti Donald Tramp vəzifəsini tərk etməyə iki həftə qalmış Çin istehsalı 8 tətbiqdən istifadəni qadağan edən sənəd imzalayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, qadağan edilmiş tətbiqlərə Alipay, QQ Wallet və WeChat Pay kimi məşhur ödəmə platformaları da daxildir.

Onlayn ödəniş sistemlərinin ABŞ milli təhlükəsizliyinə zərər vura biləcəyi əsas gətirilib. Bildirilib ki, bu tətbiqlər vasitəsilə ABŞ federal səlahiyyətlilərini izləmək və onlar haqqında məlumat toplamaq mümkündür.

Qərarda bildirilib ki, ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün Çinlə əlaqəli proqram təminatını istehsal edənlərə qarşı aqressiv tədbirlər görülməlidir.

Qərar 45 gündən sonra qüvvəyə minəcək, lakin artıq yanvarın 20-də Trampın səlahiyyətlərini Joe Biden icra edəcək.


Etiketlər:  ABŞ yeni qərar Onlayn ödəniş tətbiqləri qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ