Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Napoli”nin bombardiri “Çelsi”yə keçməkdən imtina edib

“Napoli”nin bombardiri “Çelsi”yə keçməkdən imtina edib

Tarix: 10 Yanvar 2021 23:32

İtaliyanın "Napoli" klubunun futbolçusu Dris Mertens İngiltərə "Çelsi"sinə keçməkdən imtina edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, baş məşqçi Frenk Lempard hücumçunun transferində maraqlı olsa da, forvard karyerasını İngiltərədə davam etdirmək istəməyib.

Mertens bunu "Napoli"dəki durumundan razı qalması ilə izah edib. Neapol təmsilçisi də futbolçu üçün 30 milyon avro tələbi irəli sürüb.

Qeyd edək ki, 2013-cü ildən "Napoli"də oynayan Dris klub tarixinin ən yaxşı bombardiridir.

Milli.Az


Etiketlər:  Napolinin bombardiri Çelsiyə keçməkdən imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ