Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 19:20
Türkiyənin Rusiyadan aldığı "S-400" zenit raket kompleksləri istismara hazırdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir açıqlama verib.
""S-400" istifadəyə hazırdır, silahlı qüvvələr belə bir ehtiyac yarandıqda qərar verəcəklər",- deyə Dəmir qeyd edib.
Bundan əlavə, müdafiə sənayesinin rəhbəri Vaşinqtonun kənarlaşdırma qərarına baxmayaraq, türk müəssisələrinin Amerikanın "F-35" qırıcılarının beşinci nəslinin yaradılması layihəsi çərçivəsində işlərini davam etdirdiyini bildirib.
Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvanın Ankaraya "S-400" komplekslərinin tədarükü üçün müqavilə imzalamışdılar. Bununla Türkiyə Rusiya Federasiyasından "S-400" sistemlərini alan ilk NATO ölkəsi olub.