Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID 19-un zərər vermədiyi orqan yoxdu

COVID 19-un zərər vermədiyi orqan yoxdu

Tarix: 11 Yanvar 2021 22:06

Bezmialem Vakif Universitetinin rektoru və nefrologiya kafedrasının müdiri Dr. Rümeyza Kazancıoğlu koronavirusun bütün orqanlara təsir etdiyini iddia edir.

Sonxeber.net xəbər verir ki, ekspert xəstəliyin xüsusilə böyrəklərdə fəsadlara yol açdığını bildirib:

"Elmi məlumatlara görə, ağır COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən insanlarda kəskin böyrək zədələnmə riski yüksəkdir. COVID-19 böyrəklərin sıradan çıxmasına, dializə, hətta ölümə səbəb ola bilər. Bütün yarılmalardan alınan nümunələr patoloji olaraq araşdırıldıqda xəstələrdə müxtəlif səviyyələrdə kəskin böyrək zədəsi tapılıb.

Ötən illə müqayisədə pandemiyanın başlaması ilə böyrək xəstəlikləri ilə əlaqədar müraciət edən xəstə sayı da artıb. Kəskin böyrək çatışmazlığı olan koronavirus xəstələrinin ölüm riski daha çoxdur. Xüsusilə yaşlı xəstələrdə, hipertoniya, ürək-damar və reanimasiya şöbəsində yatan xəstələrdə bu riskin daha yüksək olduğu müəyyən edilib". (publika.az)


Etiketlər:  COVID zərər vermədiyi orqan yoxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ