Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''BakıKart''ın balansını onlayn artırmaq mümkün olacaq

''BakıKart''ın balansını onlayn artırmaq mümkün olacaq

Tarix: 12 Yanvar 2021 11:48

Bakı. Sədrəddin Ağcayev, Orxan Nəbiyev - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) "BakıKart" ödəniş kartlarının balansının nağdsız üsulla artırılması imkanlarının reallaşdırılması üzrə işləri davam etdirir.

Bunu Trend-ə BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 2020-ci ildə başlayıb, layihənin nə zaman başa çatacağı hələ məlum deyil.

M.Ağayev əlavə edib ki, Azərbaycanın Türkiyədən idxal edəcəyi yeni 320 avtobusda kartla ödəniş tətbiq olunacaq. Bundan başqa, nağd ödənişin tətbiq olunduğu bir sıra avtobus marşrutlarını da təmassız ödəniş sisteminə keçirmək planlaşdırılır.


Etiketlər:  BakıKartın balansını onlayn artırmaq mümkün olacaq


RƏYLƏR