Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 13:30
ABŞ-ın Kaliforniya ştatında zooparkdakı qorillalarda koronavirus aşkar edilib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, qorillalarda halsızlıq və öskürmə əlamətlərini gördükdə səlahiyyətli şəxslər Kaliforniya Heyvan Sağlamlığı Laboratoriyasına nümunələr göndəriblər.
Nümunələr qorillaların koronavirusun yoluxduğunu ortaya çıxarıb. Bundan sonra digər qorillalar sınaqdan keçirilib və qorilla ailəsinin digər üzvlərində viruslar aşkar edilib.
Zooparkın işçiləri qorillaların yüngül simptomlar yaşadığını ifadə etdilər.