Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son 10 ilin ən yaxşı baş məşqçisi açıqlandı

Son 10 ilin ən yaxşı baş məşqçisi açıqlandı

Tarix: 12 Yanvar 2021 14:58

Beynəlxalq Futbol Tarixi və Statistikaları Mərkəzi (İFFHS) son 10 ilin ən yaxşı baş məşqçilərinin siyahısını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sıralamaya "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone liderlik edir. "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 2-cidir. İlk "3-lüy"ü "Liverpul"u çalışdıran Yurgen Klopp qapayır.

Son 10 ilin ən yaxşı baş məşqçiləri - TOP-10

1. Dieqo Simeone ("Atletiko")
2. Pep Qvardiola ("Mançester Siti")
3. Yurgen Klopp ("Liverpul")
4. Joze Mourinyo ("Tottenhem")
5.  Massimiliano Alleqri (hazırda işsizdir, son klubu "Yuventus")
6.  Unay Emeri ("Vilyarreal")
7. Zinəddin Zidan ("Real")
8.  Karlo Ançelotti ("Everton")
9. Maurisio Poçettino (PSJ)
10.  Marselo Qalyardo ("River Pleyt")

Milli.Az


Etiketlər:  Son 10 ilin ən yaxşı baş məşqçisi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ