Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saatlı sakinindən yarım kiloqrama yaxın marixuana aşkarlandı

Saatlı sakinindən yarım kiloqrama yaxın marixuana aşkarlandı

Tarix: 12 Yanvar 2021 15:30

Bakı. Samir Əli - Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz olaraq əldə edib daşınmasında şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən rayonun Mollavazili kənd sakini Xalid Fərəcov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindəki kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixauana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə X.Fərəcovun kənd ərazisindəki çöl sahədə polietilen torbada gizlətdiyi 365 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirlir


Etiketlər:  Saatlı sakinindən yarım kiloqrama yaxın marixuana aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ