Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 07:36
Türkiyənin Mərmərə bölgəsində gecə saatlarında yağmağa başlayan aramsız yağış bir sıra fəsadlar yaradıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yağan yağış səbəbindən ölkənin Edirnə və Kırklareli vilayətlərinin küçə və prospektlərində iri gölməçələr yaranıb. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb. Vətəndaşlar evlərindən çıxmaqda çətinliklərlə qarşılaşıblar. Hazırda yaranan vəziyyətin aradan qaldırılması və bir çox avtomobili yağış sularından çıxarılması istiqamətində işlər aparılır.
Hidrometeoroloqlar yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.
Ümumiyyətlə bölgədə yanvarın 14-dən etibarən qar yağacağı gözlənilir.