Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Divertikulit

Divertikulit

Tarix: 14 Yanvar 2021 07:12

Divetikulalar - bağırsaqlarda rast gəlinən yırtıqvarı qabarmalardır ki, həm nazik, həm də yoğun bağırsaqda rast gəlinir.
Ümumi məlumat:
Adətən simptomsuz keçir, rentgenoloji müayinə zamanı təsadüfən aşkar olunur. Divertikulun iltihabı rast gəlinir ki, bu da divertikulit adlanır. Anadangəlmə və qazanılma ola bilər. Mekkel divertikulu - mədə-bağırsaq traktında çox rast gəlinir. Embriogenezdə öd axarının bitişməməsi nəticəsində bu qüsur əmələ gəlir. Mekkel divertikullunun ağırlaşması qanaxmalar şəklində ola bilər.
Səbəbləri:
Divertikulitin inkişafı divertikulda qidanın qalması ilə inkişaf edir, nəcis daşları əmələ gəlir və bakterial infeksiya qoşula bilir. İltihab qonşu orqanlara keçə bilər.
Simptomları:
- Qızdırma.
- Qarında ağrı.
- Qəbizlik.
- Ürəkbulanma.
Peritonit inkişaf edərsə bərk ağrılı yara, tezləşmiş nəbz, arterial təzyiqin aşağı düşməsi müşahidə olunur. Qanda leykositlərin sayı artır, nəcisdə qan aşkar etmək olar.
Diaqnostika:
Həkim-cərrah xəstəni müayinə edərək şübhə yarandıqda rentgenoloji müayinə, kompyuter tomoqramma, USM ilə diaqnozu təsdiq edir.
Siz nə edə bilərsiniz:
Simptomlara şübhə olduqda mütləq təcili yardım çağırmaq lazımdır.
Həkim nə edə bilər:
Müalicə stasionar şəraitində aparılır. Zəruri olarsa cərrahi müdaxiləyə müraciət olunur.

Milli.Az


Etiketlər:  Divertikulit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ