Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzEduNet şirkəti işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərəcək

AzEduNet şirkəti işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərəcək

Tarix: 14 Yanvar 2021 10:30

Bakı. Trend:

AzEduNet şirkəti işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın ən böyük intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsini qurmağa hazırdır. Bu istiqamətdə şirkətin fəaliyyəti xidmət təminatçısından və ilkin infrastrukturunun qurulmasından asıllıdır.

Gələcəkdə AzEduNet lazımı avadanlıqları azad edilmiş ərazilərdə qurulacaq avtomatik telefon stansiyalarında yerləşdirməyi planlaşdırır. Bu ərazilərdə tikiləcək təhsil müəssisələri təhsil şəbəkəsinə əsasən optik, radio və LTE / 4G bağlantı texnologiyaları ilə birləşdiriləcəkdir.

Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. Hazırda Azərbaycan Təhsil Şəbəkəsi 4140 ümumtəhsil müəssisəsini əhatə edir və təhsil müəssisələrini internet və intranet xidmətləri ilə təmin edir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.


Etiketlər:  AzEduNet şirkəti işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərəcək


RƏYLƏR