Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Havada toz dumanı müşahidə olunur - SƏBƏB

Havada toz dumanı müşahidə olunur - SƏBƏB

Tarix: 14 Yanvar 2021 18:08

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yanvarın 14-də cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub.

Xidmətdən Sonxeber.net-a bildirilib ki, yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb. Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır.

Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək.


Etiketlər:  Havada dumanı müşahidə olunur SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ