Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya paytaxtında hərəkətin məhdudlaşdırılması tətbiq edilə bilər

Almaniya paytaxtında hərəkətin məhdudlaşdırılması tətbiq edilə bilər

Tarix: 15 Yanvar 2021 06:30

Əgər Berlində koronavirusa yoluxanların sayında artım davam edərsə, o halda şəhər senatı Brandenburq və bəzi başqa federal əyalətlərdən nümunə götürərək, sakinlərin şəhər hüdudlarından 15 kilometrdən çox kənara çıxmasına qadağa qoyacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şəhər senatı tərəfindən ehtiyac duyulduğu anda bu tədbirə start veriləcək, yəni hərəkətin sərbəstliyinə müvafiq məhdudiyyətlər nəzərdə tutulacaq. Məhdudiyyətlər hələ ki, şərti tətbiq olunur, yəni hazırda məhdudiyyətlər qüvvəyə minməyib, lakin necə deyərlər, beyinə həkk olunub.

Belə mühüm tədbirin görülməsinə səbəb Almaniya paytaxtında yeni koronavirus infeksiyasına yoluxmaların sayının artmasıdır. Hazırda paytaxtın Şpandu rayonu koronavirusdan daha çox əziyyət çəkir. Sonrakı yerlərdə Şarlottenburq-Vilmersdorf, Treptov-Kepenik və Pankov rayonları gəlir. Koronavirusa ən az yeni yoluxma halları Fridrixşayn-Kroytsberqdə qeydə alınıb.


Etiketlər:  Almaniya paytaxtında hərəkətin məhdudlaşdırılması tətbiq edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ