Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il ''Bibiheybət'' gəmi təmiri zavodunda 71 gəmi təmir edilib

Ötən il ''Bibiheybət'' gəmi təmiri zavodunda 71 gəmi təmir edilib

Tarix: 15 Yanvar 2021 13:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi əmiri Zavodunda 71 müxtəlif təyinatlı gəmi təmir edilib.

Bu barədə Trend-ə QSC-dən bildiriblər. Gəmilərin 24-ü əsaslı, 30-u tərsanə, 17-si cari təmir olunub. Bu üzən vasitələrin 60-ı ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i Dəniz Nəqliyyatı Donanmasına, 6-sı isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.


Etiketlər:  Ötən Bibiheybət gəmi təmiri zavodunda gəmi təmir edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ