Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 15:04
"Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi".
Sonxeber.net bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
"Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq", - deyə İ. Məmmədov vurğulayıb.