Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qurum bundan sonra Şuşa şəhərində də fəaliyyət göstərəcək

Bu qurum bundan sonra Şuşa şəhərində də fəaliyyət göstərəcək

Tarix: 15 Yanvar 2021 17:12

"Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Tərtər rayonunda yerləşən Qarabağ regional bölməsi yaxın günlərdə Şuşa şəhərinə köçürüləcək. Hazırda bununla bağlı təşkilati işlər görülür.

Milli.Az xəbər verir ki, İctimai Birliyin nümayəndələri və könüllüləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində, eləcə də ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması, sosial, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur və digər istiqamətlərdə layihələrin icrası, həmçinin regionun inkişafı sahəsində həyata keçirilən digər tədbirlərdə yaxından iştirak edəcəklər.

Milli.Az


Etiketlər:  Bu qurum bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ