Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 01:44
Bakı. Trend:
Meksika sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Meksikanın Milli Seysmologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Syudad-İdalqo şəhərindən 70 kilometr cənubda, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.