Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serialların insan psixologiyasına təsiri

Serialların insan psixologiyasına təsiri

Tarix: 16 Yanvar 2021 09:00

Televiziya kanallarında yayımlanan kinolar insanların boş zamanlarını maraqlı keçməsi üçün yayımlanır. Lakin seriallar aylarca, hətta illərcə davam etdiyinə görə istər-istəməz insanlara təsirsiz ötüşmür. Əslində serialı çəkənlərin əsas məqsədi yüksək reytinq və pul qazanmaqdır. Bu məqsədə nail olmaq üçün aktyorlar səylə çalışaraq serialda hər cür macəra, dedektiv və romantik hadisələrə geniş zaman ayırırlar.
Gündəlik seriallar insanların süurunda iz qoyur. Belə ki, seriala aylarca baxan adamlar özlərindən asılı olmayaraq özlərini baş qəhrəmanlara oxşatmaq istəyirlər. Serialda baş verən nikahsız həyat, əl-qol ataraq danışmaq, min bir hiylə ilə istədiyinə nail olmaq, macəra dolu bir həyat, istədiyi hər arzuya çatmaq arzusu, istəməyərəkdən iradəsi zəif olan baxıcıların şüuraltı mərkəzinə yerləşir. İki qardaşın eyni adamı sevməsi, xəyanətlərin əksəriyyətinin cəzasız qalması, zina işlər serial baxıcılarının gözündə adiləşir.
Əxlaq anlayışı bir sözlə arxa plana keçir və günah sayılan əməllər insanlara adi bir şey kimi gəlir. Deməli belə nəticəyə gəlmək olar ki, serialların insanlara verdiyi xeyir, zərərindən qat-qat azdır.
Əslində seriallar insanları dini və əxlaqi əməllərə qiymət verməyə, ailəyə və vətənə sevgi hissi  ilə yaşamağa ruhlandırmalıdır.

Milli.Az


Etiketlər:  Serialların insan psixologiyasına təsiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ