Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)

Tarix: 16 Yanvar 2021 16:42

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar. Həmin şəxs Polis Şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Həsənov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO) - Gallery Image Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO) - Gallery Image


Etiketlər:  Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib FOTO


RƏYLƏR