Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 18:54
Serbiya Çinin "Sinopharm" şirkətinin istehsal etdiyi koronavirus vaksinindən kütləvi vaksinasiya proqramı çərçivəsində istifadə edəcək ilk Avropa ölkəsi olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, vaksinasiya proqramı çərçivəsində bu gün Çindən Serbiyaya 1 milyon doza vaksin çatdırılıb.
Vaksinin daşındığı konteynerləri Belqrad Hava limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və Çinin bu ölkədəki səfiri qarşılayıb. A. Vuçiç göndərilən vaksinlərə görə Çin Prezidenti Xi Jinpinqə təşəkkür edib.
Qeyd edək ki, Serbiyada bu vaxtadək yeni növ koronavirusa 369 823 yoluxma halı təsdiqlənib, 3 708 nəfərin xəstəlikdən vəfat etdiyi bildirilir.