Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb

Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb

Tarix: 16 Yanvar 2021 20:39

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, daha əvvəl Nazirliyin "112" qaynar telefon xəttinə Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.


Etiketlər:  Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ