Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər

NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər

Tarix: 17 Yanvar 2021 08:08

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mütəxəssisləri Mississippi ştatında Space Launch System (SLS) raket qurğusunun mühərriklərinin atəş sınaqlarını keçiriblər.

Trend-in məlumatına görə, NASA sınaq kompleksinin ərazisində xüsusi bir dəstəyə quraşdırılmış dörd mühərrik eyni vaxtda təxminən bir dəqiqə işlədi. Bunun təxminən 8 dəqiqə davam edəcəyi gözlənilirdi.

NASA-nın direktoru Cim Braydenstayn sınaqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, bu gün hər şey plana uyğun getmədi, amma bir çox vacib məlumat alınıb.

SLS layihə meneceri Con Heniket mühərriki söndürmək üçün avtomatik sistemin işə salındığını deyib.


Etiketlər:  NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ