Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 11:30
PSJ-nin futbolçusu Neymar karyerası ərzində yaşadığı çətinliklərdən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu bir dönəm hətta karyerasını bitirmək haqda düşündüyünü bildirib:
"Futbola olan həvəsimi heç vaxt itirməyəcəyəm, amma oynamağımı dayandırmaq istədiyim vaxtlar olub. Bir gün o yerə çatdım ki, özümdən soruşdum ki, insanlar məni bəyənmirsə, niyə davam etməliyəm. Evə qəzəbli gəlirdim və sonra bu yerlərə çatmaq üçün etdiyim hər şeyi xatırladım. Futbola olan sevgim və bütün bunlar məni sakitləşdirdi və gerçəkliyə qaytardı".