Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 14:26
ABŞ -ın yeni prezidenti Coo Baydenin ermənipərəstliyi işə başlamamışdan özünü biruzə verib. Belə ki, o, erməni əsilli Hayk Hajinazarianı (Ike Hajinazarian) öz administrasiyasında Ağ Evin Regional Kommunikasiya Departamentinin rəhbəri təyin edib.
Sonxeber.net xəbər verir ki, musavat.com bu məlumatı erməni mediasına istinadən yayır.
Hayk Hajinazarian Baydenin seçki kampaniyasında fəal iştirak edib. Kampaniyaya qoşulmamışdan əvvəl Capitol Hill-də əvvəlcə İndiana ştatından senator Joe Donnelly-nin mətbuat köməkçisi, daha sonra Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Komitəsinin Çoxluq Heyətində Mətbuat Katibinin müavini vəzifələrində çalışıb. Ohayo ştatının Columbus şəhərində, Livanlı-erməni immiqrant ailəsində anadan olub. İndiana Universiteti və Corc Vaşinqton Universitetinin Siyasi İdarəetmə fakültələrinin məzunudur.