Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

De Rossi Argentinaya gedir

De Rossi Argentinaya gedir

Tarix: 17 Iyul 2019 15:08

Mövsümün sonunda "Roma"dan ayrılan Daniele De Rossi karyerasını Argentinada davam etdirə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi "Boka Xuniors"a keçir. Təcrübəli futbolçunun keçmiş komanda yoldaşı, hazırda isə Argentina klubunda idman direktoru işləyən Nikolas Burdisonun onun transferin maraqlı olduğu bildirilir. "Boka Xuniors"a xüsusi simpatiyası olan De Rossinin təklifi müsbət dəyərləndirəcəyi gözlənilir. Onun sözügedən komanda ilə ən azı bu ilin sonuna qədər müqavilə bağlayacağı iddia olunur.

Qeyd edək ki, De Rossinin karyerasını bitirdikdən sonra İtaliya millisində Roberto Mançinin köməkçisi olacağı bildirilir.
 


Etiketlər:  De Rossi Argentinaya gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ