Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 12:20
"Barselona"nın kapitanı Lionel Messini ağır cəza gözləyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreninin başına arxadan zərbə vuran 34 yaşlı hücumçu Əsasnaməyə görə 4-12 oyunluq cəzalandırıla bilər.
Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış - 120+1-ci dəqiqədə Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, argentinalı futbolçunun klub karyerasında ilk qırmızı vərəqəsidir.
Qeyd edək ki, "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.