Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 14:46
Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikirləri mövcud deyil.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, Qarabağın "müstəqilliyi" heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmayıb:
"Bu regionun bütün məsələləri burada yerləşən ölkələrin özləri, ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll olunmalıdır. Rusiya bundan sonra regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək qərarların qəbul edilməsi üçün Azərbaycana və Ermənistana kömək göstərməkdə davam edəcək".