Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)

Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)

Tarix: 18 Yanvar 2021 22:40

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edir.

Nazirlikdən Trend-ə bildirilib ki, videoçarxda xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsinin 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edildiyi qeyd olunub.

Kilsənin 1896-cı il martın 21-də reallaşan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edib. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilib.

2010-cu il martın 15-də kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında Sərəncam imzalayıb. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 2010-cu il dekabrın 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak ediblər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib.


Etiketlər:  Mədəniyyət Nazirliyi Müqəddəs alman Lüteran kilsəsi haqda videoçarx hazırlayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ