Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 18:30
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə sənət adamlarına yazdıqları mənfi rəylərdən bəhs ediblər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda Kazım Sübhanın "MTV özəl" proqramında danışıb. O bildirib ki, ifaçılara mənfi şərh yazan elə müğənnilərin özləridir:
"Çox vaxt status yazıram, sonra düşünrəm ki, anlamayacaqlar. Başlayıram silməyə. Sosial şəbəkədə oturanlar bekar insanlardır. Onların əksəriyyəti isə müğənnilərdir. Hərəsi əlinə bir telefon alır, bir neçə profil açırlar. Bir müğənnidən yazı olanda, başlayır on profildən fərqli sözlər yazır. Bunu edənlər öz içimizdəkilərdir. Üzümüzə deyə bilmədiklərini orada yazır, zəhərlərini tökürlər".