Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 11:00
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Təşkilatının İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında görüş keçirilib.
Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri, orada məskunlaşacaq insanların məşğulıuğunun təmin edilməsi məsələləri müzakirə edilib. İ.Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat həmin ərazilərdə bərpa işlərinə dəstək göstərməyə hazırdır və səfərin məqsədi Azərbaycanın müvafiq qurumları ilə bu məsələləri müzakirə etməkdir.
Onun sözlərinə görə, Azərbaycana bu istiqamətdə dəstək proqramı çərçivəsində daha çox sənaye zavodlarının və tekistil fabriklərinin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur.
Görüşün sonunda Sahibkarlar Konfederasiyası ilə TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb.