Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 11:24
Bakı. Elçin Mehdiyev – Trend:
Türkiyə şirkətləri işğaldan azad üdilmiş ərazilərdə tekstil fabriklərinin qurulmasə üçün ilkin mərhələdə 50 miıton dollar investisiya qoymağı nəzərdə turtur.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Təşkilatının İdarə Heyətinin sədri İlhami Öztürk deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekistil sahəsinə yatırım etmək nəzərdə tutulur.
O qeyd edib ki, digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycanda keçiriləcək müzakirələrdən sonra müəyyən ediləcək.