Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror

Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror

Tarix: 21 Yanvar 2021 16:02

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.


Etiketlər:  Vətən müharibəsində şəhidin şəxsiyyəti müəyyən edilib Hərbi prokuror


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ