Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı

Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı

Tarix: 22 Yanvar 2021 10:18

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə. yanvarın 21-də ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar: "Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".


Etiketlər:  Evini tərk edən daha koronavirus xəstəsinə cinayət işi başlandı


RƏYLƏR